Bakıda "Uber" taksi sürücüləri "avtoş"luq edib qəza şəraiti yaratdılar - VİDEO

Qaydalar 18 Aprel 2022 14:23 Oxunub 3760
Bakıda "Uber" taksi sürücüləri "avtoş"luq edib qəza şəraiti yaratdılar   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qayda pozan iki taksi sürücüsü digər avtomobillərə qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 17-də, paytaxtın Tbilisi prospektində baş verib. Belə ki, “Uber” taksi şirkətinə məxsus 99-KE-508 qeydiyyat nişanlı və 77-BK-945 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri  manevr qaydasını kobud şəkildə pozaraq sağ zolaqla hərəkət edən “Azsamand” markalı avtomobilə qəza şəraiti yaradıblar. Təhlükə ilə üzləşən sürücü qəzaya düşməmək üçün sağa manevr edərək hadisədən son anda yayına bilib. Lakin 77-BK-945 qeydiyyat nişanlı “Prius”un sürücüsü buna əhəmiyyət verməyərək yüksək sürətlə hərəkətinə davam edib və bir az qarşıda növbəti avtomobilə qəza şəraiti yaradıb. O, Cəfər Cabbarlı küçəsi ilə kəsişmədə sağ zolaqdan sola manevr edərək “Mercedes” markalı avtomobilə qəza şəraiti yaradıb.

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh