Bakıda xanım təlimçi qəza törətdi - Zərərçəkmişi aldadıb hadisə yerindən qaçdı - VİDEO

Paytaxtın Mətbuat prospektiylə Mikayıl Müşfiq küçəsinin kəsişməsində qayda pozan sürücü qəzaya səbəb olub.
Xoşagəlməz halla bağlı zərərçəkmiş Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Hadisə avqustun 1-də saat 12:48 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 10-SY-207 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobilin sürücüsü iki zolağın ortasıyla gedərək digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Qayda pozan qadın sürücü bununla da kifayətlənməyib. O, sol zolaqdakı avtomobilə əhəmiyyət vermədən dairəyə daxil olub və bu vaxt görüntünü qeydə alan sürücünün maşınını vurub.
Zərərçəkmişin sözlərinə görə, sürücülük təlimçisi olan qadın məsələni öz aralarında həll edərək DYP əməkdaşlarının hadisə yerinə çağırmamasını ondan istəyib. Ardınca sürücüyə tələsdiyini bildirən təlimçi nömrəsini ona verərək zəng etməsini və vurduğu zərəri qarşılacağını söyləyərək hadisə yerini tərk edib. Lakin qadın verdiyi sözü tutmayıb. Belə ki, təlimçi onunla əlaqə saxlayan sürücüyə ödəniş etməyəcəyini və dəymiş maddi ziyanı sığorta ilə həll etməsini bildirib.
Nərmin
İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?
Motosikletçini sıxışdırıb qəza təhlükəsi yaratdı - 77-QF-251 - VİDEO
Təhlükəli manevr edən avtobus sürücüsü az qala maşını vuracaqdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələn avtomobilə qəza şəraiti yaratdı - VİDEO
20 Yanvarda taksi sürücüləri kameradan yayınmaq üçün görün hansı üsula əl atıb - VİDEO
Bir çox sürücü bu xəttə fikir vermir: Diqqətli olun - VİDEO
Motosikletçini sıxışdırıb qəza təhlükəsi yaratdı - 77-NZ-071 - VİDEO
Qırmızıda keçən skuter sürücüsü maşına çırpılmaqdan son anda xilas oldu - VİDEO
Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi - VİDEO
Sərnişinlə dolu avtobusu əks yola çıxarıb təhlükə yaratdı - VİDEO
İnsanların həyatını təhlükəyə atan avtobus sürücüsü: Yolu kəsib qapıları açdı... - VİDEO










