Bakıda yarışa çıxan digər avtobus sürücüsü də məhkəməyə aparıldı: 1 il... - VİDEO
Paytaxtın Heydər Əliyev prospektində yarışa çıxan digər avtobus sürücüsü də məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Araşdırma nəticəsində məlum olub ki,”Kənan 2000” daşıyıcı şirkətinə məxsus “Daewoo” markalı 99-JN-796 qeydiyyat nişanlı avtobusun sürücüsü Kərimov Məhərrəm Kərim oğludur. Onun barəsində toplanılmış materiallar aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə göndərilib. Bu gün keçirilən məhkəmə zamanı sürücü 500 manat məbləğində cərimə edilib və nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, yarışa çıxan sürücülərdən biri olan Xanı Quliyev barəsində də inzibati məsuliyyət tədbirləri həyata keçirilib. Dünən keçirilən məhkəmə zamanı X.Quliyev İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib.
Könül