Bakıda yolu kəsən qoçu sürücü idmançını görüb qaçdı - VİDEO

Qaydalar 24 May 2021 12:45 Oxunub 72576
Bakıda yolu kəsən qoçu sürücü  idmançını görüb qaçdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol kəsən daha bir sürücünün hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-UH-157 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü mayın 22-i paytaxtın Koroğlu Rəhimov küçəsində avtobus dayanacağında dayanaraq sərnişin düşürüb. Lakin sərnişini düşürəndən sonra dayanmağına davam edərək arxadan gələn sürücülərin yolunu kəsib. Videogörüntünü qeydə alan sürücünün işıq siqnalı ilə yolun boşaldılmasını tələb etməsindən əsəbiləşən “Toyota”nın sürücüsü avtomobildən düşərək mübahisə etməyə çalışıb. Lakin sükan arxasında idmançının olduğunu gördükdən sonra mübahisə etməkdən çəkinib və daha sonra avtomobilə minərək ərazidən uzaqlaşıb.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh