Bakıda yolu kəsən "AZ" seriyalı avtomobilin sürücüsü - VİDEO
Qaydalar 20 Noyabr 2020 13:00 Oxunub 1828
Bakıda yolu kəsən  "AZ" seriyalı avtomobilin sürücüsü - VİDEO

Bakıda avtomobili yolun hərəkət hissəsinə atıb gedən sürücü digər avtomobillərə maneə yaratdı. Avtosfer.az xəbər verir ki, sürücü idarə etdiyi 10-AZ-429 qeydiyyat nişanlı “Range Ronver” markalı avtomobili paytaxtın Mikayıl Müşviq küçəsində yolun hərəkət olan hissəsində park edərək gedib. Yolu kəsdiyi üçün əraziyə giriş-çıxış məhdudlaşıb. Hətta həmin əraziyə daxil olmaq istəyən xanım sürücü qanunsuz park edilmiş avtomobilə görə hərəkət edə bilməyib.

Videogörüntüdə də aydın şəkildə görünür ki, sol tərəfdə avtomobillərin park edilməsi üçün boş ərazilər var.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh