Bakıda yolu kəsən sürücü əlini qaldırıb görün nə etdi - VİDEO

Qaydalar 20 Dekabr 2021 18:00 Oxunub 57886
Bakıda yolu kəsən sürücü əlini qaldırıb görün nə etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Mətbuat prospektində yolu kəsən sürücü avtomobillərin hərəkətini çətinləşdirib. Avtosfer.az xəbər verir ki, 99-PB-717 qeydiyyat nişanlı “Haval” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olaraq avtomobillərin yolunu kəsib. Görüntünü qeydə alan sürücü maneə ilə üzləşdiyi üçün həmin avtomobilə yol verib. Bu zaman o, haqsız olduğu halda əli ilə etiraz etməyə başlayıb.

Sürücülərin əksəriyyəti üstünlüyə malik olan avtomobillərə yol verən zaman düzgün yerdə dayanmırlar. “Yol vermək” o demək deyil sürücü istədiyi yerdə dayana bilər. Üstünlüyə malik olan nəqliyyat vasitəsinin qarşısını kəsib dayanmaq yol verməməyə bərabər hesab olunur. Qanunvericilikdə bu əmələ görə inzibati məsuliyyət nəzərdə tutulub.

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh