Bakıda yolu qırmzı işıqda keçən qadınlar təhlükəli anlar yaşatdılar - VİDEO

Qaydalar 12 Fevral 2024 14:00 Oxunub 562
Bakıda yolu qırmzı işıqda keçən qadınlar təhlükəli anlar yaşatdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları pozan piyadalar yolda təhlükəli anlar yaşadıblar. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində baş verib. Belə ki, iki qadın nizamlanan piyada keçidini qırmızı işıqda keçməyə cəhd ediblər. Sürücülərdən biri dayanıb yol versə də, görüntünü qeydə alan sürücü səs siqnalı ilə xəbərdarlıq edərək onları yoldan kənara çıxarıb.

İnzibati Xətalar Məcəlləsinin 338.1.1-ci maddəsində qeyd olunub ki, piyadanın svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə görə, 20 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh