Bakıda yolu zəbt edənlərdən biri: "İstəyərəm, dombalaq aşaram" - VİDEO
Qaydalar
4 Oktyabr 2025 16:51
Oxunub 416

Bakının müxtəlif yerlərində bəzi obyektlərin - xüsusilə şadlıq saraylarının ətrafı şlaqbaumla bağlanır. Bu da avtomobillərin hərəkətinə, eləcə də piyadaların gediş-gəlişinə mane olur.
Paytaxt sakinləri mövzuya münasibət bildirərkən qeyd ediblər ki, belə halların olmamasının tərəfdarıdırlar.
"Şlaqbaum başımıza da düşə bilər. Xüsusilə yol dardırsa, obyektin qarşısında şlaqbaum quraşdırılması düzgün deyil", - deyə sakin narazılığını bildirib.
Sözügedən obyektlərin sahiblərindən biri isə məsələ ilə bağlı açıqlamasında "şəxsi yerimdir, istəyərəm, dombalaq aşaram", - deyə cavab verib.
Daha ətraflı Baku TV-nin süjetində:
ŞƏRH YAZ














