Bakıda yük maşını ilə "oyun çıxaran" sürücü qəzadan son anda yayındı - VİDEO
Qaydalar 5 İyun 2021 11:30 Oxunub 9926
Bakıda yük maşını ilə "oyun çıxaran" sürücü qəzadan son anda yayındı - VİDEO

Bakıda yük avtomobili ilə təhlükəli manevrlər edən sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxtın Buzovna yolunda hərəkət edən 99-JJ-159 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü öncə sağdan, daha sonra isə sərt manevr edərək soldan ötüb. Qarşıdakı avtomobilin sola dönməsinə baxmayaraq sürücü soldan ötmə əməliyyatı edərək əks istiqamətə çıxıb. Bu zaman o, həm sola dönən, həm də qarşıdan gələn avtomobilə qəza şəraiti yaradıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh