Bakını bir-birinə qatıb Şamaxıda "iki təkər" qaldıran "avtoş" - VİDEO
Qaydalar 8 Yanvar 2022 17:45 Oxunub 31394
Bakını bir-birinə qatıb Şamaxıda "iki təkər" qaldıran "avtoş"  - VİDEO

İdarə etdiyi avtomobillərlə avtoxuliqanlıq edən gənc öz videolarını sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 90-UE-595 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü maşının önünə bir neçə sayrışan işıqlar quraşdıraraq Ziya Bünyadov prospektində yolun əksi istiqamətində arxa-arxaya hərəkət edib.
Həmçinin, sürücü sözügedən avtomobillə Şamaxı rayonunda hərəkət edərkən bir neçə dəfə sərt manevrlər edərək avtomobilin təkərlərini yer səthindən qaldırıb.
Görüntülərin birində isə rayon istiqamətinə gedən zaman avtomobili 190 km/saat sürətlə idarə edib

Eyni zamanda o, digər idarə etdiyi 10-JV-595 qeydiyyat nişanlı "Niva" ilə də şəhər küçələrində "iki təkər" qaldıraraq təhlükəli manevrlər edib.

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh