Bakının bu küçəsindəki yol nişanı sürücüləri niyə çaşdırır? – MÜTƏXƏSSİS AÇIQLAMASI - VİDEO
Bakının əsas küçələrin birində quraşdırılan nişan sürücüləri çaş-baş salır. Avtosfer.az xəbər verir ki, “Avto FM”in yayımladığl videoda paytaxtın Nərimanov rayonunda, Ağa Nemətulla və Fətəli Xan Xoyski küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin bir çox hallarda qaydaları pozması ilə nəticələnməsi mövzusuna toxunulub.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov qeyd edib ki, sürücülərin bəziləri “baş yol” nişanında istiqamətin dəyişməyini göstərməsini sürücülər səhv salır.
“Onlar elə bilir ki, istiqamət dəyişsə belə, yenə də yolda üstünlük onlarındır. Sürücülər nəzərə almalıdır ki, svetofor olan yerdə “baş yol”, “yol ver” və “stop” yol nişanları qüvvədən düşür. Eyni zamanda baş yolun istiqamətinin dəyişdiyi nişan svetofor olduğu zaman, elə bilin ki, sürücü üçün yoxdur. Sürücü sola dönərkən svetofora baxmalı, qarşıdan gələn avtomobillərin düzünə və sağa hərəkətini gözləməli, daha sonra hərəkətə davam etməlidir. bəs bu nişanın mənası nədir, niyə quraşdırılıb? Svetoforda nasazlıq yaranarsa, o zaman bu nişanlara baxaraq hərəkət etmək lazımdır”.
Aqil Rəhimov sonda onu qeyd edib ki, yalnız svetofor işləmədiyi halda baş yolda olan sürücülər qarşıdan gələn avtomobillər üzərində üstünlüyə malikdirlər.
Səfər
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO









