Bakının əsas prospektində işıqfor problemi həll edildi - FOTO - YENİLƏNİB

Paytaxtın Səbail rayonu Neftçilər prospektində texniki problem səbəbindən işləməyən işıqforun fəaliyyəti bərpa edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) oxu.az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə nasazlıq aradan qaldırılıb, işıqforlar artıq işlək vəziyyətə gətirilib.
***
Paytaxtın Səbail rayonu Neftçilər prospektində işıqfor işləmir.
Bu barədə oxu.az-a sürücülər məlumat veriblər.
Bildirilib ki, artıq iki gündür Neftçilər prospektində işıqforun hər üçü işığı eyni anda yanır və bu, sürücülərdə çaşqınlıq yaradır.
Nəqliyyatın hərəkətinə mənfi təsir edən, eləcə də qəza şəraitinə səbəb ola biləcək texniki problem isə hələ də həll olunmayıb.
Aidiyyəti quruma məsələ ilə bağlı sorğu ünvanlamışıq.
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO











