Bakının mərkəzində nəzarətsiz qalan QADAĞAN NİŞANLARI - VİDEO

Bakının mərkəzində, sakinlərin və turistlərin ən çox hərəkət etdiyi ərazidə bir çox sürücü qadağan nişanlarının tələblərinə məhəl qoymur.
Avtosfer.az xəbər verir ki, söhbət İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən gedir.
Bu ərazidə avtomobillərin girişini qadağan edən 3.1 və parklanmasını qadağan edən 3.27 nişanlarının qoyulmasına baxmayaraq, bir çox sürücü bu nişanların tələbinə məhəl qoymur. Həm ərazidə rahatlıqla hərəkət edir, həm də avtomobillərini park edirlər.
Xatırladaq ki, oktyabrın 25-də bu əraziyə avtomobillərin girişinin qadağan ediləcəyi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi açıqlama yaymışdı.
Açıqlamada qeyd olunurdu ki, İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur.
İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişinə Neftçilər prospektindən icazə veriləcək.
Sözügedən ərazidə "Giriş qadağandır" (3.1) nişanları quraşdırılmış və oktyabr 27-də bu əraziyə girişin qadağan olunduğu rəsmi açıqlanmışdı.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, ərazidə olan bəzi inzibati orqanlara aidiyyəti olan xidməti avtomobillərin hərəkətinə icazə verilir.
"Digər avtomobillərin isə xüsusi təyinatlı nəqliyyat vasitələri istisna olmaqla hərəkətinə icazə verilmir", - deyə T. Nəsirli bildirib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlasaq da, hələ bir cavab verilməyib.
(oxu.az)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












