Bakının məşhur restoranı ödənişli parkinqi ZƏBT EDİB - VİDEO

Paytaxtda sahibkarların səkiləri, eləcə də yolları zəbtetmə hallarına tez-tez rast gəlirik. Bu dəfə isə tamamilə fərqli, qeyri-adi formada özəlləşdirmənin şahidi olduq.
Avtyosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən restoranlardan biri parklanma məntəqəsini zəbt edib.
Belə ki, rayonun Salatın Əsgərova küçəsindəki dəbdəbəli, muzey formasında dizayn edilmiş “Şirvanşah Restoranı” adlı iaşə obyekti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təşkil edilmiş ödənişli parklanma məntəqəsini özəlləşdirib. Məntəqəni restoranın önündən keçən hissəsinə konus maneələr qoymaqla zəbt edib.
Ərazidən çəkiliş edən şəhər sakini narazılığını bildirib və videonu sosial şəbəkədə yayıb.
Qeyd edək ki, qaydaları bu cür pozan şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 354.0.4-ci maddəsində fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Səfər
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO








