Avtosfer.az | Reklam
Bakının "xor-xor" edən maşınları və qayda pozuntuları - VİDEO
Qaydalar 25 İyun 2020 12:04 Oxunub 1754
Bakının "xor-xor" edən maşınları və  qayda pozuntuları - VİDEO

Bakıda qaydaları pozan iki sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, iyunun 22-i paytaxtın A.M.Şərifzadə küçəsində hərəkət edən 10-UL-018 qeydiyyat nişanlı "Peugeot" markalı avtomobilin sürücüsü təhlükə yaradıb. Belə ki, yüksək sürətlə hərəkət edən sürücü əks istiqamətə çıxmaq istəyən zaman qarşıdan gələn avtomobili görərək qəfil əyləci basıb. Bu zaman qarşıdan gələn sürücü qəzadan yayınmaq üçün sağa manevr edib.
Qeyd edək ki, həmin avtomobildə işlənmiş qazların xaricetmə sisteminin səs çirkliliyi də yüksək olub.

Eyni tarixdə paytaxtın Seyfəddin Dağlı küçəsində hərəkət edən 10-SG-606 qeydiyyat nişanlı "Maserati" markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə edib. Sürücü bundan sonra Mətbuat prospektində təhlükəli manverlər edib.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh