Qazilərə verilən avtomobilə etibarnamə verilmə qaydası açıqlanıb

Qazilərə təqdim edilən avtomobilə etibarnamə verilmə qaydası açıqlanıb. Avtosfer.az xəbər verir ki, “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib ki, şəxs ancaq eyni yaşayış məntəqəsində yaşadığı şəxsə etibarnamə verə bilər. “Eyni yaşayış məntəqəsində yaşayan şəxslər Agentliyə müraciət edən zaman müvafiq sənədləri təqdim etməlidirlər. Bu sənədlərlə həmin şəxs öz imtiyazını təsdiq etməlidir. Qarabağ müharibəsi əlili olduğunu və ya müharibə nəticəsində əlil olduğunu bildirən şəxs sənədi, yaşayış yerindən arayışı, maşını kimə etibar etmək istəyirsə, qohumluq dərəcəsinə aydınlıq gətirməlidir. Bu zaman etibarnamə verilə bilər. Təbii ki, etibarnamə verilən şəxsin sürücülük vəsiqəsi olmalıdır”, – o vurğulayıb.
APA
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










