“Baku Bus”un “protiv” gedən sürücüsünə cərimə yazıldı – VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Baku Bus" MMC-yə məxsus avtobusun sürücüsü cəzalandırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, 13 nömrəli xətt üzrə hərəkət edən, 99 JX 266 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücünün Kərimov Kamran Ağakərim oğlu olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Beləliklə, sürücü 4 bal, 100 manat cərimə edilib.
Qeyd edək ki, sürücü avtobusu əks istiqamətə çıxararaq hərəkət edib. Təhlükəli vəziyyət yaradan avtobus sürücüsü əks yola çıxdığı azmış kimi hələ qarşısına çıxan avtomobildən yol da istəyib.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, videogörüntü əsasında dərhal araşdırma başlanılıb. Agentlik tərəfindən daşıyıcı şirkət qarşısında məsələnin araşdırılması ilə bağlı tələb qoyulub. Bundan sonra sərnişinlərin həyatını kobud qayda pozuntusuna yol verərək təhlükəyə atan sürücü “Baku Bus” MMC tərəfindən işdən azad edilib.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














