"BakuBus" sürücüləri avtobus zolağını bəyənməyib yarışa çıxdılar - VİDEO - YENİLƏNİB

Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər 22 avqust 2026-cı il tarixində saat 06:35-də baş verib.
Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-dən verilib.
"Hadisə tərəfimizdən araşdırılıb və müvafiq tədbirlər görülüb. Araşdırma zamanı videogörüntüdə əks olunan avtobuslardan birinin sürücüsünün hərəkət zolağını dəyişərkən manevr qaydalarına düzgün əməl etmədiyi müəyyən edilib. Videogörüntüdə əks olunan hər iki sürücü barəsində müvafiq intizam tənbehi tədbiri görülüb, eyni zamanda sürücülər təhlükəsiz idarəetmə və yol hərəkəti qaydaları üzrə təkrar təlimə cəlb ediliblər", - deyə məlumatda bildirilir.
***10:00
Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, “BakuBus”a məxsus 67208 və 67142 eyniləşdirmə kodlu avtobusların sürücüləri hərəkət zamanı bir-biri ilə yarışa çıxıblar.
Görüntülərdən aydın olur ki, hərəkətdə olan avtobusların ikisi bir-birilə yarışa çıxıb. Bu zaman onlar manevr qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradıblar.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












