"Bakubus" sürücüsü əks yola çıxıb hərəkətə çətinlik yaratdı - DYP CƏRİMƏLƏDİ - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bakıxanov küçəsində baş verib.
Belə ki, 99-JU-725 qeydiyyat nişanlı avtobusun sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman qarşıdan gələn avtomobillərin yolunu kəsərək onlara mane olub. Oxucuların verdiyi məlumata görə, avtobus sürücüləri bu küçədə mütəmadi olaraq əks yola çıxırlar. Bu isə həm digər sürücülərin hərəkətinə təhlükə yaradır, həm də yolda tıxaca səbəb olur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, sürücü Səlimov Əlamət Ədalət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 150 manat və 4 bal cərimə tətbiq edilib.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










