Banner

“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO

Qaydalar 19 Noyabr 2026 12:48
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Binəqədi rayonunda qayda pozan avtobus sürücüsü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 19-da saat 08:04 radələrində Cavadxan küçəsində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, “BakuBus” MMC-yə məxsus 99-JU-335 dövlət nömrə nişanlı “BMC” markalı avtobusun sürücüsü sağda hərəkət edən avtomobilə əhəmiyyət vermədən həmin zolağa keçib. Nəticədə o, avtomobilin sürücüsünü sıxışdıraraq qəza şəraiti yaradıb. Toqquşmadan yayınmaq üçün sürücü sağa manevr etməyə məcbur olub.

Görüntülərdən avtobus sürücüsünün dayanacağa daxil olmaq məqsədilə bu manevri etdiyi görünür.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücü yerdəyişmədən əvvəl manevrin təhlükəsiz olduğuna əmin olmalı və digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Dayanacağa daxil olmaq zərurəti də bu tələbləri aradan qaldırmır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228999.html

 

 

Oxunub : 276
ŞƏRH YAZ
Ad

E-mail

Şərh