"BakuBus"dan sərnişinlərə XƏBƏRDARLIQ

Avtobuslarda sərnişinlərin bir sıra təhlükəsizlik və davranış qaydalarına əməl etmələri vacibdir. Bu barədə milli.az-a "BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, əvvəla, sərnişinlərin gedəcəyi avtobusun gəlib-gəlməməsini yoxlamaq məqsədilə yolun hərəkət hissəsinə çıxmaq onların həyatı üçün təhlükə yaradır. İkincisi, avtobus dayanacağa gəldikdə sərnişinlər dərhal minməyə tələsməməli, nəqliyyat vasitəsinin tam dayanmasını gözləməli və qapılar açıldıqdan sonra avtobusa yaxınlaşmalıdırlar. Avtobusa minik ön qapıdan, çıxış isə orta və arxa qapılardandır: "Avtobusa daxil olarkən yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yol verin və ehtiyac yaranarsa, onlara nəzakətlə köməklik göstərin. Digər sərnişinlərin avtobusa daxil olmasına əngəl yaratmamaq üçün salona daxil olduqdan sonra ləngimədən irəliləmək və təhlükəsizlik üçün qapıda durmamaq tələb olunur. Eyni zamanda, qapıya söykənməyin, qapılar avtomatik açılıb-bağlandığı üçün Siz qapının arasında qala bilərsiniz. Salondakı tutacaqlardan tutmaq vacibdir, çünki avtobus hərəkət etdikdə, ani dayandıqda və ya başqa hallarda xəsarət ala bilərsiniz. Oturacaqları əşyalarınızla məşğul etmək, salonu çirkləndirmək, müxtəlif ərzaq və məişət tullantılarını salonda qoymaq və avtobusdan kənara tullamaq yolverilməzdir".
M.Piriyev qeyd edib ki, avtobusda etik davranış qaydalarına da əməl etmək lazımdır: "Digər sərnişinləri narahat edəcək əşyalarla avtobusa daxil olmaq qadağandır. Qəza zamanı sürücü əyləcə qəfil basdığı zaman salonda ən çox xəsarət alan xəstə və qocaların olduğunu nəzərə alaraq onlara əyləşmək üçün yer verin, bu həm təhlükəsizlik həm də nəzakət qaydasıdır. Avtobus hərəkətdə olduğu zaman sürücünün diqqətini yayındırmaq, ona müxtəlif suallar vermək və ya açması üçün qapıya vurmaq qəti yolverilməzdir".
"BakuBus"un sözçüsü əlavə edib ki, avtobusdan enməzdən öncə çıxışa əvvəlcədən yaxınlaşmaq lazımdır. Ancaq avtobusun dayandığına əmin olduqdan və qapılar açıldıqdan sonra qapıya yaxınlaşmaq olar: "Əgər sərnişin avtobusa uşaqla minibsə, təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli, mənzil başına çatdıqda isə uşaqlardan öncə enməlidir. Əks halda uşaqlar avtobusun altına yıxıla və ya yolun hərəkət hissəsinə qaça bilərlər.
Sərnişinlər avtobusdan endikdən sonra yolun hərəkət hissəsindən piyadalar üçün çəkilən zolaqla hərəkət etməlidir. Əgər zolaq yoxdursa, avtobusun dayanacaqdan ayrılmasını gözləyib sonra yolu keçmək lazımdır. Avtobusun qarşısından yolu keçmək həyat üçün təhlükəlidir".
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO










