Bakıda "BakuBus" MMC-yə məxsus 14 nömrəli avtobusun sürücüsünün iştirakı ilə insident yaşanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə avtobusdakı sərnişinlər məlumat verib.
İddiaya görə, bu gün 16:00-da Nizami metrosuna gedən yolda sürücü avtobusu təhlükəli idarə edib. Belə ki, "BakuBus" sürücüsü manevr qaydalarını pozaraq digər avtomobil sürücüsü ilə "yarışa" çıxıb.
Bundan sonra "Hyundai" markalı avtomobilin sürücüsü avtobusun qarşısını kəsib. Tərəflər mübahisə etdikdən sonra ayrılıblar. Avtobus sürücüsü digəri barəsində nalayiq ifadələrə yol verib. Baş verənləri sərnişinlər qorxu içində qarşılayıb.
Sözügedən görüntüləri təqdim edirik: