Banklar zaminlərə hüquqlarını izah etmirlər - VİDEO

Banklar əksər hallarda kredit götürən şəxsin müqaviləsini uzatdığı halda bu barədə zamin duran şəxslərə məlumat vermirlər. Ödəməylə bağlı bir problem yarananda isə vəsaiti zamindən tələb edirlər. Mütəxəssislər bildirir ki bu kimi hallara yol vermək ciddi qanun pozuntusudur. Bəzən zaminliyə müddət qoyulması banklara sərf etmədiyindən zaminliyi müddətsiz təyin edirlər. Ekspertlər bildirir ki, şəxs müddətsiz zamin durarsa kredit ödənişi bitən son tarixdən 1 il müddətə qədər bank yenə də zaminə qarşı hüquqi tələblər irəli sürə bilər. Buna görə vətəndaşların müqavilədə bu məsələyə diqqətli yanaşmaları vacibdir.
Bankların zamin duran şəxslərə qarşı daha çox tələb qoya bilməsi üçün atdığı addımlardan biri də əlavə zaminlik olduğu halda yalnız birgə zaminlik müqaviləsi bağlamalarıdır. Çünki birgə zaminlik zaminin üzərinə kredit alanla eyni məsuliyyəti qoyur. Ancaq subsidar zaminlik yəni əlavə zaminlik zaminin də hüquqlarını qoruduğu üçün bu banklara sərf etmir.
Maraqlı məqamlardan biri isə birdən çox zamin olduğu zaman əgər krediti alan şəxs bu pulu ödəyə bilməzsə məsuliyyətin zaminlər arasında necə bölünməsidir. Mütəxəssislər bildirir ki, bu zaman bank zaminlərin hamısından vəya digərlərinə toxunmadan sadəcə 1 nəfərdən bu vəsatiləri geri istəyə bilər... Yəni Krediti alan, borcu ödəyə bilmədiyi halda bank istədiyi zamini seçə və vəsaiti ondan tələb edə bilər.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT











