Baş direktor sərnişinin həyatını xilas edən sürücüyə təşəkkür etdi - FOTO

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli, martın 26-da 8 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qəflətən halı pişləşən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Həsənov Zakir Akif oğlu ilə görüş keçirib. Avtosfer.az xəbər verir ki, baş direktorun sözlərinə görə, sürücü Zakir Həsənovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir. Diqqətə çatdırılıb ki, bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücülər nəqliyyat vasitəsini idarə etməklə yanaşı, eyni zamanda sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri hesab edilən bilik və bacarıqları da bilməlidir. Qeyd edilib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi və praktik təlimlərə cəlb edilməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyi daşıyıcılar qarşısında qanunvericilikdən irəli gələn tələblər qoyub. Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzi istifadəyə verildikdən sonra bu sahədə nəzərdə tutulan tədbirlər daha təkmil formada həyata keçiriləcək.
Sonda, sürücü Zakir Həsənova Bakı Nəqliyyat Agentliyinin baş direkrou Vüsal Kərimlinin adından təşəkkürnamə təqdim edilib. Sürücü göstərilən diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, tibbi yardıma ehtiyacı olan sərnişinə ilk yardım göstərməklə, o, üzərinə düşən vəzifə və insani borcunu yerinə yetirib.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO















