Baş yola çıxıb qəza şəraiti yaradan sürücü maşını saxlayıb görün nə dedi - VİDEO
Qaydalar
19 Oktyabr 2023 10:00
Oxunub 958
Yolayrıcının keçilməsi qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 17-də, paytaxtın Mikayıl Müşviq küçəsində baş verib. Belə ki, 77-KC-234 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü baş yola daxil olaraq görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb. Özü səhv etdiyi halda lüzumsuz yerə səs siqnalı verərək ikinci dəfə qayda pozub. Bu azmış kimi, təhlükə yaratdığı sürücüyə "sürətə nəzarət elə" - deyərək özünə haqq qazandırmağa başlayıb. Videodan da aydın şəkildə görünür ki, baş yolda olan sürücü 60 km/sürət təşkil edilmiş yolda 40 km/saat sürətlə hərəkət edir. Yəni, sürət həddini aşmadan hərəkət edib.
Sözügedən videonu təqdim edirik:
Könül
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR