Başı telefona qarışan “Prius” sürücüsü qəzadan son anda yayındı - VİDEO

Paytaxtın Neftçilər prospektində kobud qayda pozan sürücü görüntülənib. Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” ünvanına video göndərib.
Hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 99-GF-584 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq soldakı nəqliyyat vasitəsinə üstünlük vermədən qəfil həmin zolağa keçib. Nəticədə görüntünü qeydə alan sürücü üçün qəza təhlükəsi yaranıb. O, vaxtında reaksiya göstərərək toqquşmanın qarşısını alıb və siqnal verərək qayda pozan şəxsə xəbərdarlıq edib. İzləyicinin sözlərinə görə, sürücü sükan arxasında telefonla məşğul olduğu üçün bu xətanı törədib.
Xatırladaq ki, zolaq dəyişən sürücü qarşıdakı və yanındakı nəqliyyat vasitələrinin hərəkətinə əmin olduqdan sonra manevr etməlidir. Videodakı halla qarşılaşmamaları üçün sürücülər hərəkət zamanı diqqəti tam şəkildə yola yönəltməli və manevr etməzdən əvvəl mütləq ətraf nəqliyyatı müşahidə etməlidirlər.
Nərmin
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










