Başı telefona qarışan sürücü evakuatoru öz kefiylə sürdü - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü digər hərəkət iştirakçılarına maneə yaradıb.
Bu barədə görüntülər izləyicilərdən biri tərəfindən Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərilib. Hadisə mayın 6-da saat 07:57 radələrində qeydə alınıb.
Belə ki, 77-JB-282 dövlət qeydiyyat nişanlı “Isuzu” markalı evakuatorun sürücüsü hərəkətdə olarkən sükan arxasında mobil telefondan istifadə edib. Nəticədə nəqliyyat vasitəsini aşağı sürətlə idarə edən sürücü arxadan gələn avtomobillərin axınına mane olur. Bu səbəbdən həmin istiqamətdə irəliləyən digər sürücülər məcbur qalaraq sola manevr etməklə hərəkətlərini davam etdiriblər.
Xatırladaq ki, nəqliyyat vasitəsini idarə edərkən sürücünün mobil telefondan istifadə etməsi inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnir. Bununla yanaşı, hərəkətə əsassız şəkildə maneə yaradılması da qanunvericiliklə qadağan olunur və bu cür hallara görə sürücü məsuliyyətə cəlb edilə bilər.
Nərmin
Şüvəlanda “şou” göstərən sürücü – Əks yolda təhlükəli anlar yaşatdı - VİDEO
Diqqətsizlik edən sürücü keçidi keçən piyadaya yol vermədi - VİDEO
Yeraltı keçid var, amma keçən yoxdur - Təhlükəli anlar yaşanır - VİDEO
Qaydalara əməl etməyən piyadalar qəza riski yaratdı - VİDEO
Qırmızı işığı vecinə almayan sürücü gəldiyi kimi sürüb getdi - VİDEO
Bakıda sürücü səhlənkarlığı: Azyaşlı avtomobilin pəncərəsindən başını çıxardı - VİDEO
Binanın girişini zəbt edən sürücü sakinləri çətin vəziyyətə saldı - FOTO
Üçüncü zolaqdan birbaşa ən sağa manevr edən sürücülər qəza riski yaratdı - VİDEO
Maşını iki zolağın ortasında saxlayıb söhbət etdi - 10-UA-009 - VİDEO
Əks yola çıxıb insanlara təhlükə yaratdı, sonra maşını divara çırpdı - VİDEO
Maşının başına oyun açıb nömrəsiz sürən sürücü həbs olundu - VİDEO










