Başı telefona qarışan sürücü sol zolağı zəbt edib yolu kəsdi, ardınca… - VİDEO

Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qaydaları kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək məlumat verib.
Hadisə fevralın 10-da, saat 17:51 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, yaşayış məntəqəsindən kənarda hərəkət edən 99-MZ-432 dövlət nömrəli “Ford” sürücüsü sol zolağı zəbt edib. Digər sürücülərin siqnal verməsinə və işıqları yandırıb-söndürməsinə baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymayıb. Nəticədə onlar sağdan ötməyə məcbur olublar.
Şikayətçinin iddiasına görə, sürücü sükan arxasında telefondan istifadə edib.
Daha sonra sağ zolağa keçən sürücü bir müddət sonra sola manevr edərək görüntünü qeydə alan avtomobilə qəza təhlükəsi yaradıb.
Nərmin
Bu küçədə 1 saatda 100 sürücü niyə cərimələnir? — DYP-dən AÇIQLAMA
Stop nişanını görməzdən gələn avtobus sürücüsü qəza riski yaratdı - VİDEO
Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR
"20 Yanvar" dairəsində maşınları sıxışdıran "BakuBus" SÜRÜCÜSÜ CƏZALANDIRILDI - VİDEO
Bakıda sürücü təhlükəli manevr etdi, qəza şəraiti yaratdı - VİDEO
Yük maşını dayanacağı blokladı – Sürücülər və piyadalar çətin anlar yaşadı - VİDEO
Sumqayıtda işıqforu saymayan avtobus sürücüsü sərnişinləri təhlükəyə atdı - VİDEO
Avtoxuliqanlıq edən sürücü 15 GÜN həbs olundu - VİDEO
Xırdalanda bu binanın yanında dayanmayın: Cərimə yazılır - VİDEO
Qadın avtomobili səkidə ər-arvadın üzərinə sürüb kişini döydürdü - VİDEO
Nizamidə karqo şirkətinin yaratdığı məhdudiyyət aradan qaldırıldı - FOTO










