Başı telefona qarışıb, qəza şəraiti yaradır – 30-BL-503 - VİDEO

Bakıda başı telefona qarışan sürücü təhlükə yaradaraq kobud qayda pozuntusuna yol verib. Hadisə Səbail rayonu ərazisində baş verib. Avtosfer.az xəbər verir ki, Bayıl qəsəbəsi, Ziya Yusifzadə küçəsində “Yol ver” nişanının tələbini pozan “Opel” markalı, 30-BL-503 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozaraq hərəkəti davam etdirib. Bu zaman sola dönən “Hyundai” markalı avtomobilə qəza şəraiti yaradıb. Videodan da göründüyü kimi, “Opel”in sürücüsü sükan arxasında telefonla danışır.
Qeyd edək ki, videoda daha sonra əks olunan “BMW” marlalı, 90-EZ-363 dövlət nömrə nişanlı avtomobilin sürücüsü də özünü başqalarından ağıllı sayaraq adacığın üzəri ilə hərəkət edir. Bu da qayda pozuntusudur. Bu əməllərə görə “Opel”in sürücüsünə 60 manat 3 bal, “BMW”nin sürücüsünə isə 40 manat cərimə düşür.
Görüntüləri təqdim edirik:
Emin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










