Bayker qayda pozub polisdən qaçdı – Motosiklet əlindən alındı, 2700 manat cərimələndi - VİDEO

Qayda pozub polisdən qaçan motosikletçi cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Karabük vilayətində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb. Belə ki, Vilayət Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları Balıqlar Qayası Qovşağında apardıqları reyd zamanı 78-ACJ-690 nömrə nişanlı motosiklet sürücüsünə "Saxla" əmrini veriblər. Lakin o, əmrə tabe olmayaraq hadisə yerindən qaçıb. Yolun əks istiqamətində səki ilə hərəkət edən motosikletçi bir müddət sonra yolun hərəkət hissəsi ilə hərəkətinə davam edib. Həm özünü, həm də digərlərinin həyatını təhlükəyə atan motosiklet sürücüsü daha sonra aparılan araşdırma nəticəsində saxlanılıb.
Polis əməkdaşlarının apardıqları yoxlama zamanı O.A.-nın sürücülük vəsiqəsinin olmadığı məlum olub. O, yol verdiyi qayda pozuntularına görə 2702 manat cərimələnib. Bundan başqa, motosiklet müsadirə edilərək cərimə meydançasına aparılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Musabəyov parkına tərəf çıxmaq istəyən sürücülər çətinlik çəkirlər - Necə olmalıdır? - VİDEO
Xidməti avtomobili 100-lə sürən polislə bağlı qərar - Sürücülük vəsiqəsi 3 aylıq əlindən alındı
Əks yola çıxan sürücü çıxılmaz vəziyyətdə qalıb görün nəyə məcbur oldu - VİDEO
Binəqədidə əks yola çıxan sürücü qəza təhlükəsi yaratdı - ANBAAN VİDEO
Nəsimidə polisdən qaçan sürücü saxlanıldı; narkoman çıxdı - VİDEO
Tuneldə geriyə hərəkət edən sürücü motosikletçiyə qorxu yaşatdı - VİDEO
Bu bazara maşınla gedənlərin diqqətinə: 2 bal 60 manat cərimə yazılır - VİDEO
Taksi duracağı zəbt olundu: Polis səfirlik maşınları ilə bağlı tədbir gördü - VİDEO
Sürücü görün hansı üsula əl atıb qaydanı pozdu - ANBAAN VİDEO
Prospektdə ara məsafəsini saxlamayıb təhlükə yaradan sürücü – 99-MM-833 - VİDEO
Heç kimin ciddiyə almadığı bu nişana görə cərimələr yazılmağa başladı - FOTO











