Belə sürücülərdən ehtiyatlı olun: Qəzadan yayınmaq üçün təhlükə yaradırlar - VİDEO

Bakıda manevr qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 2-də paytaxtın Mikayıl Useynov küçəsində baş verib.
Belə ki, "Ford" markalı avtomobilin sürücüsü qarşısında dayanmış avtomobili keçmək üçün anidən sol zolağa yerdəyişmə edib. Görüntünü qeydə alan sürücü həmin avtomobilin sola manevr edəcəyini öncədən bildiyi üçün vaxtında zolağını dəyişdi. Əks halda qəza şəraiti ilə üzləşə bilərdi.
Sürücülərin əksəriyyətinin qarşısına maneə çıxan anda refleks olaraq ya sağa, ya da sola manevr edirlər. Bu zaman qəzadan yayınmaq istəyərkən digər sürücülərə qəza şəraiti yaradırlar. Lakin təhlükəsizlik mülahizələrinə görə, sürücünün qarşısına maneə çıxan anda hər şeydən öncə əyləci basmalı və nəqliyyat vasitəsini dayandırmağa cəhd etməlidir. Çox təəssüf ki, buna əməl edən çox az sayda sürücülər var.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










