Banner

Bələdiyyə işçisi gecə vaxtı zibil maşınını nasaz halda sürdü - VİDEO

Qaydalar 13 Noyabr 2025 12:30 Oxunub 2106
Bələdiyyə işçisi gecə vaxtı zibil maşınını nasaz halda sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Heydər Əliyev prospektində, Aeroport yolu istiqamətində 99-RM-187 dövlət qeydiyyat nişanlı tullantı avtomobili hərəkətdə olarkən təhlükəli vəziyyət yaradıb. Şahidlərin sözlərinə görə, avtomobilin arxa işıqları, o cümlədən əyləc işıqları işləməyib.

Avtosfer.az xəbər verir ki, bu hal digər yol-hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb. Çünki gecə və ya zəif işıqlı şəraitdə belə avtomobillərin arxadan görünməsi çətinləşir və qəza ehtimalını artırır.

Videonu çəkən və sosial şəbəkələrdə paylaşan sürücü bildirib ki, həmin nəqliyyat vasitəsi bələdiyyəyə məxsus tullantı daşıyan avtomobildir. 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, işıq cihazları nasaz olan nəqliyyat vasitələrinin istismarı qadağandır və bu qaydanı pozan sürücülər inzibati məsuliyyət daşıyır.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh