Betonqarışdıran maşın 53 yaşlı kişinin həyatına son qoydu - VİDEO

Qaydalar 28 Avqust 2020 11:39 Oxunub 4176
Betonqarışdıran maşın 53 yaşlı kişinin həyatına son qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda bir nəfərin ölümünə səbəb olan bədbəxt hadisə yaşanıb. Hadisə şəhərin "Yaşma bağları" yaşayış massivində baş verib. Ərazidə aparılan tikinti zamanı betonqarışdıran maşının şlanqı yerindən çıxaraq həmin tikintidə çalışan 53 yaşlı İlqar Bəylərovun başına dəyib.

Ağır xəsarət alan İlqar Bəylərov hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh