Betonqarışdıran maşın motosikletin üzərinə aşdı - 3 yaralı

Ağsu rayonunda betonqarışdıran yük avtomobili motosikletin üzərinə aşıb, xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində Ağsu şəhərində qeydə alınıb. Rayon sakini 1979-cu il təvəllüdlü Baxışov Coşqun Qənbər oğlu idarə etdiyi "90-CF-748" dövlət nömrə nişanlı betonqarışdıran avtomobil ilə Ağsu şəhərində yeni bayraq meydanının inşası üçün əraziyə beton apararkən döngədə idarəetməni itirib və avtomobili yoldakı motosikletin üzərinə aşırıb. Hadisə zamanı motosikletin sürücü, 1986-cı il təvəllüdlü Musayev Samir Ağayar oğlu, sərnişinlər - Yenilik kənd sakinləri, 1995-ci il təvəllüdlü Pənahov Roman Sərkar oğlu və 1993-cü il təvəllüdlü Bəbirli Həbib Əşrəf oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












