Bəzi avtobus sürücüləri NƏZARƏTƏ GÖTÜRÜLDÜLƏR

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülər tərəfindən qeyri-iş vaxtı avtobusların istifadəsindən narazıdır. Bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib. BNA rəsmisinin sözlərinə görə, bəzi sürücülər işdən sonra avtobusları istehsalata bazasında saxlamalı olduğu halda, yaşadığı yerlərin yaxınlığında saxlayır: "Bəzi sürücülər nəqliyyat vasitələrini küçələrdə, binaların arasında saxlayırlar. Əməkdaşlarımız onların şəklini çəkib və bu məsələ tərəfimizdən nəzarətə götürülüb.
Bundan başqa, əməkdaşlarımız tərəfindən 64 saylı marşrutda avtobusların xəttə çıxışı ilə bağlı reyd keçiriblər. Müşahidə olunub ki, nəqliyyat vasitələri istehsalat bazasından xəttə çıxmırlar. Bu cür halların qarşısını almaq üçün belə bir təklifimiz var ki, pərakəndə şəkildə çalışan şəxslər birləşib kooperativ yaratsınlar. Bu, daha məqsədəuyğun olar. Hər bir nəqliyyat vasitəsi istehsalat parkından xəttə çıxmalıdır. Bu da baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədi güdür".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












