Biləcəridə piyadaları təhlükəyə atan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, 90-RS-080 dövlət nömrə nişanlı “Hyundai” və 77-RV-505 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri qeyd edilən ərazidə piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaratdıqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən protokol tərtib olunub.
O, sürücülərdən xahiş edib ki, nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar və piyadaların hərəkətinə əngəl törətməsinlər. Əks halda, barələrində qanunamüvafiq tədbirlər görüləcək.
*** 8 oktyabr, 17:30
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində dayanma-durma qaydalarını pozan sürücülər görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə bir neçə gün öncə axşam saatlarında Yəhya Hüseynov küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 90-RS-080 dövlət nömrə nişanlı “Hyundai” markalı və 77-RV-505 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini səkidə park ediblər. Nəticədə onlar piyadaların səkiylə hərəkətini məhdudlaşdırıblar. İzləyicinin sözlərinə görə, ərazidən keçən piyadalar məcbur qalaraq avtomobillərin intensiv hərəkətdə olduğu yolla gediblər. O, bildirib ki, ərazidə hər gün eyni mənzərə qeydə alınır.
Nərmin
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












