Biləcəridəki dayanacağı parkinq zonasına çevirən yük maşınının sürücüsü CƏRİMƏLƏNDİ - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qayda pozan 77-XN-863 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının sürücüsü ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.
*** 14:30
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına fotoşəkillər göndərib. Hadisə müxtəlif vaxtlarda 10 may küçəsində qeydə alınıb. Fotodan göründüyü kimi, 77-XN-863 dövlət nömrə nişanlı “DAF” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini avtobus dayanacağında park edib. Nəticədə o, avtobusların dayanacağa daxil olmasına əngəl törədib. İzləyicinin iddiasına əsasən, yük maşınının sürücüsü demək olar ki, hər gün dayanacağı zəbt edir.
Qeyd edək ki, qanunvericiliyə əsasən sürücülər avtomobillərini avtobus dayanacağından 15 metr kənarda saxlaya bilərlər.
Nərmin


Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO












