Biletsiz sərnişin ictimai nəqliyyatı bir-birinə qatdı – VİDEO

Qaydalar 2 Oktyabr 2020 13:04 Oxunub 1794
Biletsiz sərnişin ictimai nəqliyyatı bir-birinə qatdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sosial şəbəkələrdə ictimai nəqliyyatda dava anı ilə bağlı görüntülər yayılıb. “Mash” “Telegram” kanalının məlumatına görə, kadrlar Rusiyadandır.

Videoda əvvəlcə konduktorla biletsiz şəxs arasında mübahisə əks olunub. Hansısa anda gənc konduktorun üzündən vurur. Bundan sonra, bura qədər hadisələri sakitcə izləyən sərnişinlərdən biri dözmür və davaya qoşulur.

Davanın sonunda üzünə bibər qazı püskürdülən gəncin ağlayaraq troleybusda tək qaldığı görünür. Konduktoru müdafiə edən şəxs isə oturacağının yaxınlığından əşyalarını götürərkən, ona ayağı ilə bir dəfə də təpik vurub gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh