Bilmirsən pul qazanmağa çıxıb, yoxsa "avtoşluq" etməyə: Qorxulu anlar yaşandı - VİDEO

Qaydalar 6 Fevral 2026 14:18
Bilmirsən pul qazanmağa çıxıb, yoxsa "avtoşluq" etməyə: Qorxulu anlar yaşandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 10-da, paytaxtın Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, "Wolt" daşıma şirkətində çalışan moped sürücüsü bir neçə kobud qayda pozuntusuna yol verib. O, öncə Rəşid Behbudov küçəsilə kəsişməni qırmızı işıqda keçib. Daha sonra isə sola - Bülbül prospektinə dönən zaman düzünə hərəkət təşkil edilmiş zolaqdan manevrə başlayıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükəli anlar yaşadıb. Sürücü sərt tormoz verməsəydi qəza qaçılmaz olacaqdı.

 

Fərid

Oxunub 506
ŞƏRH YAZ
Ad

E-mail

Şərh