"Binə" çörək zavodunun sürücüsü narkoman çıxdı - AĞIR QƏZA VƏ HƏBS - VİDEO - FOTO

"Binə" çörək zavodunun sürücüsü Qaradağ rayonu ərazisində ağır qəza törədib. Bu barədə Avtosfer.az-a Qaradağ rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən məlumat verilib.
Bildirilir ki, 99-TL-719 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü təhlükəli hərəkətlər etdiyi üçün yol polisi əməkdaşları tərəfindən "saxla" işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək hərəkətinə davam edib.
Daha sonra o, "Meyvəli" dairəsinin yaxınlığında 90-CS-409 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilə çırpılaraq ağır qəzaya səbəb olub.
Əraziyə Qaradağ rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yaxınlaşıblar. Araşdırma zamanı məlum olub ki, qəzanı törədən sürücü 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Əliyev İlqar Məhəmməd oğludur. Sürücünün müayinəsi zamanı narkotik vasitə istifadə etdiyi üzə çıxıb. Lakin özü spirtli içki qəbul etdiyini bildirib.
Qeyd edək ki, toplanılmış materiallar aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü İlqar Əliyev barəsində 15 gün müddətinə həbs qərarı verilib.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO














