Bir dəqiqəyə 8 bal 440 manatlıq cərimə: Polisin üzərinə sürdü, avtobusun yolunu kəsdi - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 17-də, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.
Belə ki, Gülbala Əliyev küçəsindən Əhəd Yaqubov küçəsi istiqamətinə hərəkət edən 77-HC-485 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq qarşıdan gələn sürücüyə təhlükə yaradıb. O, bir az qarşıda sıxlığın yarandığını görərək yenidən əks yola çıxıb. Bu zaman qarşıdan gələn Post Patrul Xidməti avtomobilinə təhlükə yaradıb. Bunlar azmış kimi, avtobus dayanacağında geriyə dönərək avtobusun da qarşısını kəsib. Sonra isə piyada keçidinin üzərində dayanaraq qaydaları pozmağa davam edib.
Qeyd edək ki, qanunvericilikdə əks istiqamətə çıxıb axına qarşı hərəkət etməyə görə 4 bal 150 manat, dönmə işıqlarından istifadə etməməyə görə 40 manat, avtobus dayanacağında manevr etməyə görə 40 manat, geriyə dönən zaman qarşıdan gələn avtomobillərə yol verməməyə görə 40 manat, piyada keçidinə 5 metrdən yaxın dayanmağa görə isə 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO











