Bir əlində siqaret, birində isə telefon: Ölümə gedən sürücü - VİDEO

Paytaxtın Bayıl qəsəbəsində qaydaları pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 23-də, Gülbala Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 99-OV-842 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü stop nişanında dayanmadan gəldiyi sürətlə yolayrıcına daxil olub. Bu zaman baş yolda hərəkət edən avtomobilin qarşısına çıxaraq ona qəza şəraiti yaradıb. Görüntünü qeydə alan sürücü peşəkarlıq göstərərək baş verə biləcək qəzanın qarşısını alıb.
Qeydə alınmış videogörüntüdən aydın şəkildə görünür ki, qaydaları pozan sürücü sol əlində siqaret, sağ əlində isə telefon tutaraq sükanı başlı-başına buraxıb. Onun fikri yolda olmadığı üçün digər sürücüyə qəza şəraiti yaradıb.
Baş verən qəzaların səbəblərindən biri də sürücülərin məsuliyyətsizliyidir. Sükan arxasına əyləşən hər bir sürücünün diqqəti yalnız yolda olmalı və qanunvericiliyin bütün müddəalarına əməl etməlidir.
Könül Rauf
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO









