Bir maşın piyadanı vurub o birinin önünə atır: günah kimdədir? - Hüquqşünas izah edir

Bir avtomobil piyadanı vurur və tamamilə başqa bir zolaqda öz yolu ilə gedən digər maşının qarşısına atır. Həmin sürücü də təbii ki, gözləmədiyi bir situasiya ilə üz-üzə qalaraq piyadanı ikinci dəfə vurur. Maraqlıdır ki, günahkar da elə sonuncu sürücü olur. Bu cür hallar dəfələrlə baş verib və Avtosfer.az-a vətəndaşlar tərəfindən müraciətlər ünvanlanıb. Bəs görəsən hüquq nə deyir? Bu cür hallarda qanunvericilik necə tənzimlənir? Günahkar əslində kimdir?
Hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, istənilən yol-nəqliyyat hadisəsinə fərdi qiymət verilməlidir. Xüsusilə ölüm və ya xəsarətlə nəticələnən, cinayət xarakterli hadisə baş verdikdə, bu fərdi şəkildə araşdırılmalıdır. "Qeyd etdiyiniz kimi, bir nəqliyyat vasitəsi piyadanı vurub digərinin qarşısına atdıqda və həmin sürücü ikinci dəfə onu vurduqda bütün hərəkət iştirakçılarının əməlinə obyektiv, dəqiq, qanunauyğun düzgün hüquqi qiymət verilməlidir. Həm birinci, həm ikinci sürücü, eyni zamanda piyadanın özünün hərəkətlərini ciddi şəkildə araşdırmaq lazımdır. Bəzən düzgün qiymətləndirmə zamanı məlum ola bilər ki, heç bir sürücünün günahı yoxdur. Piyada qaydaları pozub və nəticədə qəza hadisəsi baş verib. Diqqət olunası məqamlar aşağıdakılardır:
- sürücülərdən hər hansı biri yol hərəkəti qaydalarını pozubmu;
- bu qayda pozuntusu ilə hadisə arasında səbəb-nəticə əlaqəsi varmı;
- sürücünün piyadanı vurmamaq üçün imkanı olubmu və bundan istifadə edibmi;
Əgər sürücünün hadisənin qarşısını almaq imkanı olubsa və bundan istifadə etməyibsə, onun hadisədə təqsiri var. Məsələn, yüksək sürətlə hərəkət edib əyləcdən istifadə etsə də yüksək sürət səbəbindən qəzadan qaça bilməyib. Yaxud, sükan arxasında mobil telefondan istifadə etdiyinə və ya sərxoş olduğuna, yola nəzarət etmədiyinə görə qəza baş verib. Bu hallarda sürücü günahkar olacaq.
Amma piyada qəflətən çıxıb və onun vurulması fizika qanunlarına görə qaçılmaz olubsa həmin sürücünün heç bir günahı olmur.
İkinci sürücüyə qiymət verilən zaman da yuxarıda sadaladığımız hallar nəzərə alınır.
Burda diqqət olunmalı bir məqam var. İkinci sürücü bu hadisəni kifayət qədər məsafədən görsə və bunun qarşısını almaq üçün imkanı olduğu halda bu imkandan istifadə etmirsə o da təqsirli olacaq. Lakin vurulan piyada sürücünün qarşısına qəflətən çıxırsa və hadisədən yayınmaq heç cür mümkün deyilsə ikinci sürücünün heç bir halda təqsiri yoxdur. Əgər ikinci sürücünün hadisənin qarşısını almaq imkanı olduğu halda bunu etmədiyi təsdiq olunarsa o zam yeni bir sual ortaya çıxır. Piyada ikinci sürücünün qarşısına düşən zaman ölmüş vəziyyətdə idi, yoxsa sağ idi? Əgər piyada ikinci avtomobil onu vurana qədər artıq ölmüşdüsə o zaman ikinci sürücünün hadisədə təqsiri olmayacaq. Çünki o artıq canlı insan deyil, meyiti vurmuş olur. Bu hadisə ehtiyatsızlıqdan törədilən hesab edilir və canlı insanı vurmadığı üçün adam ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi sayılmır."
Orxan Əli
Əlli manatlıq cərimə baha başa gəldi – 6 ay avtomobil sürə bilməyəcək
Qaydaları saymayan sürücülər: Biri qırmızıda keçdi, o biri əks yola çıxdı - VİDEO
Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı - VİDEO - YENİLƏNİB
Vəsiqəsi olmadan sərxoş halda maşın sürərkən yaxalandı - Qaradağ postunda - VİDEO
Keçiddə dayanmayan sürücülər piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Telefonla danışan sürücü baş yoldan gələnlərin yolunu kəsdi – 75-AF-858 - VİDEO
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Vəsiqəsi əlindən alınan qadın sürücü bu dəfə sərxoş tutuldu - VİDEO
Yüksək sürətli yolda məsuliyyətsizlik: Sürücü dayanıb qəzanı izlədi - VİDEO
Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEO
Telefonla danışan avtobus sürücüsü sərnişinlərin həyatını riskə atdı - VİDEO










