Bir tərəfdə meyvə-tərəvəz çuvalları, digər tərəfdə isə sərnişinlər - VİDEO

Bir tərəfdə meyvə-tərəvəz çuvalları, digər tərəfdə isə sərnişinlər. Çuvallar oturacaqların üzərinə yığıldığından bəzi sərnişinlər yolu ayaqüstə getməyə məcburdurlar. Halbuki avtobus sərnişindaşıma üçün nəzərdə tutulub...
Kadrlar metronun "Neftçilər" stansiyasının çıxışından Hövsana sərnişin daşıyan 103 saylı avtobusda çəkilib. Görüntülərdən aydın olur ki, yalnız sərnişin daşımalı olan avtobusda meyvə-tərəvəz də aparılır. Sürücülər deyirlər ki, sərnişinlər bu yükləri avtobusa məcburi yükləyirlər.
Xəttin dispetçeri Ehtiram Əhədov deyir ki, məsələ barədə məlumatlıdırlar. Eyni halın təkrarlanmaması üçün sürücülərə xəbərdarlıq edilib
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən məsələ Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Qaydalara əsasən, sərnişinin avtobusa özü ilə uzunluğu 60 sm, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü mindirmək hüququ var. Üstəlik, oturacaqlar sərnişinlər üçün nəzərdə tutulub. Yəni ora əl yükünü qoymaq olmaz. Ölçüləri və çəkisi göstərilən rəqəmlərdən artıq olan yükləri avtobusa mindirən sərnişinlər haqda sürücünün polisə məlumat vermək hüququ var.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












