Biri əks getdi, o birisi isə qırmızı işıqda keçdi - VİDEO

Qaydalar 4 İyun 2020 16:00 Oxunub 1838
Biri əks getdi, o birisi isə  qırmızı işıqda keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu iki ərazidə qayda pozan sürücülərin sayır artır

Yol hərəkəti qaydasını pozan iki sürücünün videogörüntüsü digər avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, iyunun 2-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 99-PG-771 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edib.

Eyni tarixdə Masazır dairəsi istiqamətində hərəkət edən 10-GS-975 qeydiyyat nişanlı "Qazel" markalı yük avtomobilinin sürücüsü ayırıcı zolağın üzərinə çıxaraq svetoforun qırmızı işığında hərəkət edib.

Bu iki ərazidə yol hərəkəti qaydasını pozan sürücülərin sayı getdikcə artmaqda davam edir.


Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh