Birinci sinif şagirdi böyüklərə yol hərəkəti dərsi keçdi - FOTOLAR

Bu gün 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində “Yol nişanları əlifbasını birlikdə öyrənək!” mövzusunda ibtidai sinif şagirdləri üçün maarifləndirici seminar keçirilib. Avtosfer.az-ın məlumatına cörə, yol hərəkəti qaydalarını məktəblərdə təbliğ etmək məqsədilə keçirilən maarifləndirici seminarda DİN Baş DYP İdarəsinin əməkdaşı, mayor İsa Deystani, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, idanənən əmakdaşı, polkovnik-leytenant Rasim Abdullayev, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı və digər KİV nümayəndələri, habelə 32, 44, 60, 96, 126, 132,151, 164 saylı məktəblərin və Avropa liseyinin şagirdləri, müəllimlər və valideynlər iştirak edib. Dövlət Himninin səsləndrilməsi ilə başlanan tədbirdə torpaqlarımız uğrunda son döyüşlərdə şəhid olan qəhrəman oğulların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Seminarı Mərkəzdə yol hərəkəti qaydalarını mükəmməl mənimsəmiş Avropa liseyinin I sinif şagirdi, Mərkəzin Yol Polisinin Gənc Köməkçisi komandasının üzvü Ağa Şeydayev apardı. O yol hərəkətinə aid hazırladığı təqdimatları nümayiş etdirərək müəyyən izahatlar verdi. Azyaşlı uşaq sərbəst şəkildə yol hərəkəti qaydalarından, nişanlardan və bu nişanların mənasından, piyadaların kobud qayda pozuntularından, sürücülərin yol verdiyi xətalardan danışaraq doğru yol göstərdi və sadə dildə ihah verdi. Onun bu təqdimatı böyükləri heyrətləndirdi və alqışlarla qarşılandı.
Daha sonra tədbirdə çıxış edən Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, uşaqların yol hərəkəti qaydalarını bu şəkildə mənimsəməsi və digərlərinə də öyrətməsi yaxşı haldır: «Bu o deməkdir ki, gələcəkdə bu uşaqlar yol hərəkəti qaydalarının təbliğatçıları olacaqlar. Biz Dövlət Yol Polisi İdarəsi olaraq işimizi müxtəlif istiqamətlərdə qurmuşuq. Bunun da ən başlıca şərti hərəkətin təhlükəsizliyi və təbliğatdır. Bu gün apardığımız təbliğatın nəticəsini gördük və bu uşaqları hər zaman dəstəkləməyə hazırıq. Onlar bizim gələcəyimizdir».
Seminardan sonra Mərkəzin avtoşəhərciyində gənc velosiped sürənlərin çıxışı oldu. Mərkəzin və Avropa liseyinin rəqs qruplarının çıxışları tədbirə xüsusi gözəllik verdi. İştirakçı uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər, hədiyyələr paylanıldı. Seminarda iştirak edən bütün uşaqlara sertifikatlar verildi. Sonda seminarla bağlı sorğu keçirildi. Sorğunun nəticəsində məlum oldu ki, əksər uşaqlar belə seminarların tez-tez keçirilməsinin tərəfdarıdır.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO























