Blokun qarşısını zəbt edən sürücülər CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıt şəhərində binanın qarşısını zəbt edən sürücülər məsuliyyətə cəlb olunub. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi və Qubadlı rayon Dövlət Yol Polisi Şöbəsinin birgə tədbirləri nəticəsində Hacı Zeynalabdin Tağıyev qəsəbəsi bina 9-un girişində parklanma qaydasını pozaraq sakinlərin yolunu kəsən 90-ED-487 qeydiyyat nişanlı “VAZ-2107” markalı və 90-VT-215 qeydiyyat nişanlı “Kia” markalı avtomobilin sürücüləri aşkar edilib və onlar barəsində qanuni tədbir görülüb.
Avtosfer.az-a müraciət edən sakin bildirir ki, polis əməkdaşlarının gördüyü tədbirdən sonra sürücülər avtomobillərini oradan götürüb və insanların rahat hərəkəti təmin edilib. Məsələyə dərhal reaksiya verildiyi üçün sakinlər Sumayıt şəhər və Qubadlı rayon Dövlət Yol Polisi şöbələrinin əməkdaşlarına təşəkkürünü bildirir.
Təbriz
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










