Banner

“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO

Qaydalar 20 Fevral 2026 15:30
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, “Baku-Oxford School” məktəbinin qarşısında qayda pozan sürücü görüntülənib. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.

Fotodan görünür ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağının içərisində nəqliyyat vasitəsini park edib.

Nəticədə avtobuslar dayanacaqda kənarda saxlayaraq sərnişinləri mindirib-düşürməli olublar.

Bu həm digər sürücülərin yolunu kəsib tıxacın yaranmasına səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Sakinlərin iddiasına əsasən, sözügedən ərazidə demək olar ki hər gün eyni mənzərə yaşanır. 

Nərmin

Oxunub 386
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh