Boş yeri qoyub yolun ortasında park etdi - VİDEO
Qaydalar
28 Aprel 2023 16:29
Oxunub 3990

Maşını yolun hərəkət hissəsində park edən sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib. Videogörüntünü redaksiyamızın elektron ünvanına göndərən oxucunun sözlərinə görə, 10-XK-146 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü maşını yolun ortasında saxlayaraq mağazaya gedib. Yolun kənarında kifayət qədər yer olmasına baxmayaraq sürücü qayda pozaraq təhlükə yaratmağı üstün tutub.
Leyla
ŞƏRH YAZ













