Boş yerlərdə dayanmayan sürücü maşındakı sərnişini yolun ortasında düşürdü - VİDEO

Bakı-Sumqayıt yolunda dayanma-durma qaydalarını kobud şəkildə pozan sürücü digər hərəkət iştirakçılarına çətinlik yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 21-də, sözügedən yolun giriş hissəsində qeydə alınıb. Nəqliyyat axınının intensiv olduğu bu ərazidə 99-ZL-241 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü hərəkət hissəsində avtomobili dayandıraraq, qaydaları açıq şəkildə pozub.
Məlumata görə, yolun kənarında dayanmaq üçün kifayət qədər boş yerlər olmasına baxmayaraq, sürücü avtomobili yolun hərəkət zolağında saxlayıb. Bu isə nəqliyyatın hərəkətinə ciddi şəkildə maneə yaradıb və təhlükəli vəziyyətə səbəb olub.
"Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən, yaşayış məntəqələrindən kənarda sürücülər yalnız yol çiynində dayanmalıdırlar. Əgər yol çiyni mövcud deyilsə, avtomobilin yolun hərəkət hissəsində dayanması yalnız sərnişinlərin mindirilməsi və ya düşürülməsi üçün icazə verir. Digər hallarda hərəkət hissəsində dayanmaq qanunla qəti şəkildə qadağandır və məsuliyyət doğurur.
Könül Rauf
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












